Şəmkirdə sərxoş şəxlər bıçaqlanıb

Şəmkirdə sərxoş şəxlər bıçaqlanıb
# 05 fevral 2023 22:24 (UTC +04:00)

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

APA nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində yerləşən Yamin şadlıq sarayında qeydə alınıb.

Rayonun Dəllərcəyir kənd sakinkəri - 1996-cı il təvəllüdlü Nərimanlı İntiqam Fəxri oğlu qolunun,1993-cü il təvəllüdlü Məmmədli Məmməd Yunis oğlunun qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə tibbi yarım göstərilib. Məmməd Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə hər iki şəxs toyda tanıdığı Novruz adlı şəxs tərəfindən bıçaqlanıb. Hadisə vaxtı onlar sərxoş olublar. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR