Şəmkirdə “VAZ”  “Kamaz”-la toqquşub, sürücünün qolu amputasiya edilib

Şəmkirdə “VAZ”  “Kamaz”-la toqquşub, sürücünün qolu amputasiya edilib
# 21 iyul 2019 13:09 (UTC +04:00)

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumata əsasən, hadisə Şəmkir-Kür qəsəbəsi yolunda baş verib.

“VAZ 21 06” markalı minik avtomobili “KAMAZ” markalı yük maşını ilə toqquşub. Hadisə zamanı mimik avtomobilini idarə edən Namazov Ələsgər Əli oğlu ağır bədən xəsarətləri alıb. Həkimlər sürücünün qolunu amputasiya edib.

İlkin məlumata görə, qəzaya yüksək surət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR