Şəmkirdə və Gədəbəydə dərmandan zəhərlənənlər var

Şəmkirdə və Gədəbəydə dərmandan zəhərlənənlər var
# 28 yanvar 2023 19:42 (UTC +04:00)

Şəmkirdə yeniyetmə qız dərmandan zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. 2006-cı il təvəllüdlü Ş.Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə 17 yaşlı qız yaşadığı evdə dərman içərək özünü zəhərləyib. Onun hansı səbəbdən dərman içməsi məlum deyil.

Digər hadisə Gədəbəyin Zəhmət kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü A.Şəfiyə dərman zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib. Qadın hansı səbəbdən dərman içməsi məlum deyil. Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR