Şəmkirdə yaşlı qadın sirkə turşusu içərək ölüb - VİDEO

Şəmkirdə yaşlı qadın sirkə turşusu içərək ölüb - VİDEO
# 12 iyul 2022 01:12 (UTC +04:00)

Şəmkirdə 62 yaşlı qadın sirkə turşusu içərək ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 17-ci küçəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1960-ci il təvəllüdlü Zenfira Zeynalova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qadına zəruri tibbi yardım göstərilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olamayıb.

Qadının hansı səbəbdən sirkə turşusu içərək özünü öldürməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR