Şəmkirdə yol kənarında meyit tapılıb

Şəmkirdə yol kənarında meyit tapılıb
# 17 noyabr 2022 13:17 (UTC +04:00)

Bu gün səhər saatlarında Şəmkir rayonunun Yeni Həyat kənd yolunda naməlum kişi meyitinin olması barədə Şəmkir rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov APA-ya bildirib ki, dərhal şöbə əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Yalçın Məmmədov olması və ilkin tibbi ekspertiza rəyinə əsasən, avtomobil vurması nəticəsində ölməsi müəyyən olunub.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən avtomobil sahibinin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR