Şəmkirdəki qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib  - YENİLƏNİB

Şəmkirdəki qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib   - YENİLƏNİB
# 19 dekabr 2021 22:00 (UTC +04:00)

Şəmkirdə yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə həlak olan şəxs Gəncə şəhər sakini 1987-ci il təvəllüdlü S.Məmmədovdur.
İlkin məlumata görə hadisə mərhum toydan çıxarkən baş verib.

Qeyd edək ki, piyadanı ağırtonajlı yük avtomobili vurub. Faktla bağlı araşdırma aparılır.

***

21.54

Şəmkirdə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR