Şəmkirdəki qəzada xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB

Şəmkirdəki qəzada xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB
# 29 sentyabr 2022 07:30 (UTC +04:00)

Şəmkirdə baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, 1994-cü il təvəllüdlü Orxan Cəfərov səhər saatlarında dünyasını dəyişib.

Digər xəsarət alanlar - 2003-cü il təvəllüdlü Rəşad Məmmədəliyev,1996-ci il təvəllüdlü Röyal Haqverdiyev və 2002-ci il təvəllüdlü Samir Aliyevin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki qəza rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan “Tayota Prado” digər minik maşını ilə toqquşub.

***

28.09.2022

Saat 17:22

SaaŞəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcilli tibbi yardım briqadaları və DYP əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR