Sərhəddə 3,5 milyon manatlıq qaçaqmal saxlanılıb

Sərhəddə 3,5 milyon manatlıq qaçaqmal saxlanılıb
# 01 sentyabr 2022 15:07 (UTC +04:00)

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 156 kq 465 qram narkоtik vasitə və 800 ədəd psixotrop həb qanunsuz dövriyyədən çıxarılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin avqust ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri barədə açıqladığı məlumatda bildirilib.

Xəbərə görə, qaçaqmalçılıqla mübarizə fəaliyyətləri nəticəsində isə ümumi dəyəri təqribən 3 milyon 405 min 367 manat оlan qaçaqmal, о cümlədən tütün məmulatları, zinət əşyaları və spirtli içkilər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR