Şərur sakinini Bakıda maşın vuraraq öldürüb

Şərur sakinini Bakıda maşın vuraraq öldürüb
# 13 noyabr 2019 16:32 (UTC +04:00)

Bakıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini İsmayıl İsmayılov idarə etdiyi “Ford Transit” markalı avtomobillə piyada Şərur rayon sakini, 1970-ci il təvəllüdlü Firuz Məmmədovu vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq F. Məmmədov orada ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR