Naxçıvanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 23-də saat 9 radələrində Şərur rayonunun Xanlıqlar kəndi ərazisində kənd sakini K.Həsənov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolun kənarı ilə gedən həmkəndlisi Adil Cəlilovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şərur Rayon Polis İdarəsində araşdırma aparılır.