Şərurda avtomobil velosipedçini vuraraq öldürüb

Şərurda avtomobil velosipedçini vuraraq öldürüb
# 04 iyul 2022 10:42 (UTC +04:00)

Naxçıvanda yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 1-də saat 22 radələrində Şərur rayonunun Danyeri kəndi ərazisində Muğanlı kənd sakini İ.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında velosiped sürən Xanlıqlar kənd sakini Elsevər Arzumanovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən E.Arzumanov iyulun 2-də ölüb.

Naxçıvan MR DİN tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR