
- apa.az
- Hadisə
“SİRAB” ASC-nin rəhbəri Müsavat Partiyası ilə işbirliyinə dair ittihamlara münasibət bildirib
Babək “SİRAB” ASC-nin İdarə Heyətinin sədri Namiq Novruzov “SİRAB” şirkətinin Müsavat Partiyası ilə işbirliyində ittiham olunmasına kəskin etirazını bildirib.
N. Novruzov açıqlamasında baş verənləri şirkətə qarşı çirkin kampaniya adlandırıb.
“Bildiyimiz kimi, bir müddət əvvəl özünü “müsavatçı mühacir jurnalist” kimi təqdim edən Laçın Məmişov tərəfindən “Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “SİRAB” şirkəti tərəfindən maliyyələşdirilməsi” haqqında əsassız və yalan iddia ortaya atılmışdı. L.Məmişov özünü “jurnalist” adlandırmasına rəğmən, qeyri-peşəkar bir davranış sərgiləyərək, heç bir araşdırma və dəqiqləşdirmə aparmadan Babək “Sirab” ASC-yə məxsus “SİRAB” mineral sularının foto şəkillərini də öz yalan xəbərinə əlavə etməklə şirkətimizin imicinə yönəlik çirkin mahiyyətli xəbərlərin yayılmasına rəvac vermişdi. Hansı ki, ucuz sensasiya axtaran bəzi media qurumları üçün bu bir növ göydəndüşmə olmuş və yuxarıda qeyd olunan başlıqlı iftira bir sıra qeyri-populyar saytlarda yayımlanmışdı.
Babək “Sirab” ASC olaraq, məsələ ilə bağlı apardığımız araşdırma nəticəsində həmin məlumatın saxta və yalan olduğu ifşa edildi. Bəlli oldu ki, əslində söhbət Babək “SİRAB” ASC-dən yox, Avropada qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən “Sirab Europa Gmbh” adlı bir daşımacılıq şirkətindən gedir. Təbii ki, bunu özünü “siyasi mühacir” adlandıran Laçın Məmişov da bilməmiş deyildi. Çünki onun sadəcə “Sirab şirkəti” ifadəsini işlətməsi, “Sirab” suyunun da şəklini öz yalanına əlavə edərək, diqqətləri Babək “SİRAB” ASC-yə yönəltməsini “texniki xəta” kimi dəyərləndirmək olduqca çətindir. Üstəlik “jurnalist” olduğunu iddia edən bir adam bilməli idi ki, hər hansı bir qurumdan bəhs edirsə, çaşqınlıq yaratmamaq adına həmin təşkilatın adını tam şəkildə demək və ya yazmaq lazımdır. Lakin gördüyümüz kimi, həmin şəxs məhz qarayaxma və böhtan, çaşqınlıq yaratmaq yolunu seçib. Təbii ki, yalanın ömrü az olar və ölkənin 30-dan artıq nüfuzlu və sayğıdəyər qəzet və saytları tərəfindən əsl həqiqət yayımlandı, “SİRAB”a atılan iftira ifşa edildi, cəmiyyətdə süni şəkildə yaradılmış çaşqınlığa son qoyuldu. Azərbaycan ictimaiyyətinə agah oldu ki, Avropada qeydiyyatdan keçmiş “Sirab Europa Gmbh” adlı daşımacılıqla məşğul olan bu şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə “SİRAB” mineral sularının istehsalı və satışı sahəsində fəaliyyət göstərən Babək “Sirab” ASC ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur.
Lakin bu günlərdə Yafəz Əkrəmoğlu adlı başqa bir “mühacir jurnalist” bu mövzunu yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə paylaşdığı statusunda “Almaniyada baş verən son hadisələrdən sonra Azərbaycanda ən çox maddi ziyan görən Arif Hacılı və Vasif Talıbovdur” fikrini səsləndirən, Babək “SİRAB” ASC-nin adını da ziddiyyətli fikirlərlə dolu yazısında hallandıran bu adamın yazdıqlarını oxuduqdan sonra bir daha əmin olursan ki, bu adamlar Azərbaycanın beynəlxalq arenada gündən-günə güclənən imicini və nüfuzunu ləkələmək üçün nəinki dövlətimizə və onun rəhbərlərinə, Azərbaycan adını ləyaqətlə təmsil edən bütün insanlara və qurumlara, hətta siyasətlə bağlılığı olmayan özəl şirkətlərə belə çirkab atmağa hazırdırlar. Apardıqları çirkin antiAzərbaycan və antimilli kampaniyalara Azərbaycan adını iyirmidən artıq ölkədə qürurla təmsil edən Babək “SİRAB” ASC-nin də adını qarışdırmaqları göstərir ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edərək Qərb ölkələrində peyda olan və özlərini “siyasi mühacir” adlandıran Laçın Məmişov, Yafəz Əkrəmoğlu kimilərin əslində siyasi mühacirliklə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə öz “isti yerləri”ni daha da bərkitmək üçün bütün çirkin vasitələrdən istifadə etməyə, istənilən şəxsə və quruma çirkab atmağa hazırdırlar.
Bu kimi qarayaxmaların son zamanlar intensivləşməsini də təsadüfi saymaq olmaz. Ölkədə aparılan islahatlar və quruculuq işləri, iş adamları və sahibkarlara geniş dövlət dəstəyinin təmin olunması, eləcə də Naxçıvan Muxtar Respublikasının yüksək inkişafından narahat olan bu insanların ölkə gündəminə oturmuş “siyasi mühacir” qalmaqalında Babək “SİRAB” ASC-nin adını hallandırmaları iftira və böhtandan, “SİRAB” şirkətinə və onun kollektivinə qarşı “mənəvi terror”dan başqa bir şey deyil.
Babək “SİRAB” ASC olaraq, qətiyyətlə bəyan edirik ki, “Sirab Europa Gmhb” adlı şirkətin “SİRAB” şirkətinə zərrə qədər də aidiyyəti yoxdur. Həmçinin “SİRAB” ASC-nin Azərbaycandan kənarda rəsmi və ya qeyri-rəsmi hər hansı filialı, nümayəndəliyi, törəmə şirkəti də yoxdur.
Hesab edirik ki, bu mövzunun təkrar-təkrar eyni şəxslər və media qurumları tərəfindən gündəmə gətirilməsi tək şirkətimizə deyil, eləcə də Azərbaycana yönəlik qərəzin və məkrli kampaniyanın tərkib hissəsidir.
Bu cür qeyri-dəqiq, iftira və böhtan dolu xəbəri yayan bəzi media quruluşlarının da bir müddət əvvəl təkzib vermələrinə rəğmən, yenidən bu mövzuya qayıtmaları sübut edir ki, onlar da adları çəkilən şəxslərin apardıqları çirkin qarayaxma kampaniyasının iştirakçıları və dəstəkçiləridir. Hesab edirik ki, müvafiq dövlət qurumları bu məsələyə diqqət yetirəcək, bu yöndə lazımi tədbirləri görəcəklər.
Avropada məskunlaşmış sözügedən bu qaragüruhçu qüvvələrlə eyni çirkin məqsəd və mərama xidmət edən “saytlar”ın bu qarayaxma kampaniyasında Naxçıvan Muxtar Respublikasının rəhbərliyinin adının hallandırılmasını, məsələyə qeyri – peşəkar yanaşaraq, KİV haqqında qanunun tələblərinə məhəl qoymadan birtərəfli qaydada xəbər yayınlamasını və nəticə etibarilə ictimaiyyətdə Muxtar Respublika Rəhbərliyi barəsində rəy formalaşdırmaq, şirkətimizə və markamıza yönəlik əsassız çaşqınlıq yaratmasını qətiyyətlə pisləyirik. Naxçıvan MR rəhbərliyinə və Babək “SİRAB” ASC-yə, eləcə də “SİRAB” markasına yönəlik bu cür böhtan dolu informasiyanı yayan xəbər saytlarından əsassız yalanlarını düzəldərək təkzib vermələrini tələb edir, bir daha bu kimi hallara yol verəcəkləri təqdirdə hüquqi müstəvidə bütün zəruri addımları atacağımızı bəyan edirik”, - deyə Namiq Novruzov açıqlamasında bildirib.

Digər xəbərlər
XƏBƏR LENTİ
Bakıda evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib
Mixail Zabelin yenidən Azərbaycan Rus İcmasının sədri seçilib
MSK: Seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara göndərilən dəvətlərə cavab reaksiyaları gəlməkdədir
Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib
Azərbaycan çempionatında yeni komanda oynayacaq
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib
Bu gündən çip oxuyan qurğular seçki məntəqələrinə paylanılacaq
Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət edib
Goranboyda iki avtomobil toqquşub, yaralananlar var
Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir həbs olunub
"Şahdağ”da qış turizm mövsümünə start verilib
Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb
Ağcabədidə avtomobil toy karvanından çıxaraq qaz tənzimləyici şkafa çırpılıb
Metronun “İçərişəhər” stansiyasında UNEC tələbələrinin sərgisi keçiriləcək
Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Abbas Musəvi: "Azərbaycan və İran arasında viza rejiminin ikitərəfli ləğvi məsələsi hökumətin gündəliyindədir"
Qəza törədən avtomobil qaz xəttini zədələyib
MÜSİAD-ın təşkilatçılığı ilə 2021-ci ildə Azərbaycanda beynəlxalq biznes forum keçiriləcək
Türkiyədə yük qatarı avtomobillə toqquşub, 3 nəfər ölüb
FHN-də “EuroHome”da baş vermiş yanğının söndürülməsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib
Sabahın hava proqnozu
Yasamalda mağazadan 36 min manatlıq saat oğurlanıb
"Taliban" 9 əfqan hərbçini öldürüb
Bakıda 4 evdən 26 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Bakıda evdən qılınc oğurlanıb
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
Müsavat Partiyasının üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürürlər
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
Kosta-rikalı hücumçu Azərbaycandan təklif alıb
Nadir Nəbiyev: "Bu gün komandasını satan sabah torpağını, millətini də satar"
Culian Assanjın ABŞ-a ekstradisiyası ilə bağlı dinləmələr fevralın 25-də keçiriləcək
MTRŞ tezliklərin dəyişdirilməsinin səbəblərinə aydınlıq gətirib
Rusiyada Narkoloji Dispanserdə yanğında yaralananların sayı 12-yə çatıb - YENİLƏNİB
"Azercell"dən super prizlər və sürpriz hədiyyələr qazan!
İnterpol xətti ilə Dubayda tutulan azərbaycanlı qadının məhkəməsi başlayır
"Youtube" son 10 ilin ən məşhur kliplərini təqdim edib
Bakıda minik avtomobili marşrut avtobusu ilə toqquşub, 6 nəfər xəsarət alıb - YENİLƏNİB
Aqrar Sığorta Fonduna 2020-ci ilin dövlət büdcəsindən 5 milyon manat ayrılacaq
Cənubi Koreyada bir neçə avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb
Samoa və Ficidə qızılca epidemiyasından 93 nəfər ölüb
Bakıda ana və qızı qətlə yetirilib
Atəşkəs rejimi 20 dəfə pozulub
Nigeriyada qaçırılan dörd QHT üzvü öldürülüb
Abbas Musəvi: Şərqi Azərbaycan İranın xarici əlaqələrinin inkişafında böyük rol oynayır
Fransada dəmiryolçulara bayram günlərində etirazları dayandırmaları ilə bağlı müraciət edilib
Artıq çəkili astronavtların Aya uçmasına icazə verilməyəcək
Bakıda “Infiniti”i markalı avtomobillə “Mitsubishi” toqquşub - FOTO
İordaniyada “donuz qripi”nə yoluxanların sayı 90-a çatıb

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"