Qeyri-sabit hava şimal-qərb bölgəsində fəsadlara səbəb olub - YENİLƏNİB

Qeyri-sabit hava şimal-qərb bölgəsində fəsadlara səbəb olub - YENİLƏNİB
# 07 iyun 2023 10:08 (UTC +04:00)

Şimal-qərb bölgəsində internetin verilməsində fasilə yaranıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında bölgəyə yağan leysan yağışları nəticəsində Qax rayonunun Kürmük çayında sel sularının keçməsi səbəbindən ərazidən keçən yeraltı optik rabitə xətti zədələnib. Bu səbəbdən ötən gün axşam saatlarından Qax, Zaqatala və Balakən rayonlarına internetin verilişi dayandırılıb. Hazırda müvafiq qrumlar ərazidə yaranan problemin aradan qaldırılması istiqamətində işlər aparır. Yaxın saatlarda bölgəyə internetin verilməsinin bərpa ediləcəyi bildirilir.

***

6 iyun, 23.46

Balakən, Zaqatala və Qax rayonlarında qeyri-sabit hava şəraiti höküm sürür.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, intensiv yağış bölgədə leysana səbəb olub.

Elektrik enerjisinin verilişində fasilə yaranıb.

Çaylarda suyun səviyyəsi qalxıb.

Bölgənin bir sıra ərazilərində ağacla aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR