Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə yanvarın 16-da Qum adası ərazisində enerji əməliyyat şirkətlərindən birinə məxsus hidravlik avadanlığı elektrik enerjisi ilə təmin edən 636 manat dəyərində naqilin oğurlanması və maqnit işəsalıcının sındırılması barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Həsənli, əvvəllər məhkum olunmuş S.Məhərrəmov və Astara rayon sakini H.Quliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.