Şirvan sakini bıçaqla özünə xəsarət yetirib

Şirvan sakini bıçaqla özünə xəsarət yetirib
# 24 dekabr 2021 22:20 (UTC +04:00)

Şirvanda 51 yaşlı kişi özünü bıçaqlayıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1970-ci il təvəllüdlü Əliyev Teymur Cavadağa oğlu sərxoş vəziyyətdə bıçaqla özünə ağır xəsarətlər yetirib.

Yaralı vəziyyətdə olan T.Əliyev qarının cırılmış və qollarının kəsik xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralı əməliyyat olunub.

Onun çoxlu qan itirdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR