Şirvan sakini vanna otağında ölü tapılıb

Şirvan sakini vanna otağında ölü tapılıb
# 15 yanvar 2022 22:34 (UTC +04:00)

Şirvan sakini vanna otağında ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Əzizbəyov küçəsi 3 mənzil 9 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Rəsulov Aslan vanna otağında ölü tapılıb.

Yaxınları həkimlərə bildirib ki, mərhum ürək ağrılarından əziyyət çəkirdi. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub. Onun hansı səbəbdən ölməsi aydınlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR