Şirvan sakinindən 1 kq civə götürülüb

Şirvan sakinindən 1 kq civə götürülüb
# 12 yanvar 2022 10:15 (UTC +04:00)

Şirvan sakininin üzərində narkotik və civə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Anar Əkbərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı çantasından narkotik maddə olan heroin və tiryək aşkar edilib. Axtarış tədbirlərinin davam etdirilməsi nəticəsində onun üzərindən qablaşdırılmış formada saxladığı ümumi çəkisi 940,80 qram olan civə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR