Şirvanda 5 yaşlı uşaq hovuzda boğulub

Şirvanda 5 yaşlı uşaq hovuzda boğulub
# 04 avqust 2022 14:05 (UTC +04:00)

Şirvanda azyaşlı hovuzda boğulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Şirvan sakini, 2017-ci il təvəllüdlü Allahveridyev Ruslan Samir oğlu valideyn nəzarətindən yayınaraq hovuza düşərək boğulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR