Şirvanda bir həftə əvvəl avtomobillə vurulan molla ölüb

Şirvanda bir həftə əvvəl avtomobillə vurulan molla ölüb
# 15 noyabr 2019 10:46 (UTC +04:00)

Şirvanda 6 gün əvvəl avtomobillə vurulan 76 yaşlı molla xəstəxanada ölüb.

APA-nın məlumatına görə, noyabrın 9-da rayonun Xaqani küçəsində 1987-ci il təvəllüdlü Əli Abıyevin idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçmək istəyən, 1943-cü il təvəllüdlü Salman Muradovu vurub.

Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, noyabrın 14-də dünyasını dəyişib.

Faktla bağlı Şirvan Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Muradov molla olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR