Şirvanda avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb - FOTO

Şirvanda avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb - FOTO
# 21 yanvar 2022 19:48 (UTC +04:00)

Şirvanda avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Hacıqabul sakini, 2001-ci il təvəllüdlü İsmiyev Eldəniz Rəşid oğlunun idarə etdiyi "Mercedes" markalı 10 UF 601 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Sürücü xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR