Şirvanda avtomobil piyadanı vurub

Şirvanda avtomobil piyadanı vurub
# 10 oktyabr 2019 19:45 (UTC +04:00)

Şirvanda avtomobil piyadanı vurub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə Şirvan şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini Kazımlı Ramil Qeyrət oğlunun idarə etdiyi “Mercedes” markalı 90 UF 755 dövlət nişanlı avtomobil sərxoş halda yolda dayanan piyadanı vurub. Yaralı sürücü tərəfindən kamatoz vəziyyətində Şirvan rayon Mərkəzi Xəstənasına çatdırılıb. Xəstə kəllə-beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR