Şirvanda “Bağ Evləri” massivinin ətrafında 4 hektara qədər ərazi yanıb - FOTO

Şirvanda “Bağ Evləri” massivinin ətrafında 4 hektara qədər ərazi yanıb - FOTO
# 21 avqust 2019 20:44 (UTC +04:00)


Şirvanda “Bağ Evləri” massivinin ətrafında 4 hektara qədər ərazidə yanğın baş verib

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 15.00 radələrində başlayan yanğın böyük bir ərazini əhatə edib.

Quru ot və qamışlar yanaraq fərdi yaşayış evlərinə yaxınlaşıb. Ərazidə çox sayda yaşıl ağaclar da yanıb.

Əraziyə quru vasitəsi keçid qeyri-mümkün olsa da, yanğın Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Bölməsinin canlı qüvvəsi və texnikasının köməkliyi ilə söndürülüb. Alovun fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR