Şirvanda baş vermiş avtoqəzada sürücü kəllə-beyin travması alıb - FOTO

Şirvanda baş vermiş avtoqəzada sürücü kəllə-beyin travması alıb - FOTO
# 12 iyul 2019 00:00 (UTC +04:00)

Şirvanda xanım sürcü idarə etdiyi avtomobillə qəza törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri H.Əliyev prospektində qeydə alınıb. Qadın sürücünün idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil yan tərəfdən "VAZ 2107" markalı avtomobilə çırpılıb. Nəticədə sonuncunun sürücüsü - Şirvan sakini, 1963-cü il təvəllüdlü Əliyev Şahin Zakir oğlu ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR