Şirvanda bıçaqlanma ilə bağlı saxlanılan var

Şirvanda bıçaqlanma ilə bağlı saxlanılan var
# 08 sentyabr 2022 15:30 (UTC +04:00)

Dünən saat 16 radələrində Sabirabad rayon sakini H.Cəfərovun "qarın boşluğunun kəsilmiş-deşilmiş" yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Şirvan şəhər sakini İlkin Əlizadə saxlanılaraq polis şöbəsinə gətirilib.

O, dindirilmə zamanı H.Cəfərovla aralarında yaranmış mübahisə zəminində xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR