Şirvanda bıçaqlanma ilə bağlı saxlanılan var - YENİLƏNİB

Şirvanda bıçaqlanma ilə bağlı saxlanılan var - YENİLƏNİB
# 08 sentyabr 2022 15:36 (UTC +04:00)

Sentyabrın 7-də, saat 16 radələrində Sabirabad rayon sakini Hacı Cəfərovun "qarın boşluğunun kəsilmiş-deşilmiş" yarası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Şirvan şəhər sakini İlkin Əlizadə saxlanılaraq polis şöbəsinə gətirilib.

O, dindirilmə zamanı Hacı Cəfərovla aralarında yaranmış mübahisə zəminində xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

***

7 sentybar, 15:34

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində baş verib.

Sabirabad rayonunun Azadakənd kənd sakini, 1989-cu il təvəllüdlü Cəfərov Hacı Hacağa oğlu bir neçə bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Onun kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR