Şirvanda dəmir yolu stansiyası yaxınlığında kişi meyiti tapılıb - YENİLƏNİB

Şirvanda dəmir yolu stansiyası yaxınlığında kişi meyiti tapılıb - YENİLƏNİB
# 21 may 2022 11:34 (UTC +04:00)

Şirvanda dəmir yolu stansiyası yaxınlığında tapılan meyitin kimliyi bilinib.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, Şirvan sakini, 17 yaşlı Ələkbərov Əli İxtiyar oğlu elektrik cərəyanı vurması nəticəsində ölüb.

***

09:18

Şirvanda çöl ərazidə meyit tapılıb.

APA-nın Mil-Muğan bürosu xəbər verir ki, səhər saatlarında Şirvan şəhərinin kənarında yerləşən dəmir yolu stansiyası yaxınlığında şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.

Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib. Vizual baxış zamanı onun gənc və ya yeniyetmə yaşında olduğu ehtimal olunur.

Hüquq-mühafizə orqanların tərəfindən gəncin hansı şəraitdə öldüyü və meyitin kimliyi barədə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR