Şirvanda hasar uçub, ölən var - YENİLƏNİB

Şirvanda hasar uçub, ölən var  - YENİLƏNİB
# 07 yanvar 2023 23:53 (UTC +04:00)

Şirvanda üstünə hasar aşan sakin ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İbadov Adıbala aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 19:44

Şirvan sakini uçan hasarın altında qalaraq ağır xəsarətlər alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü İbadov Adıbala Əlibala oğlu mişar daşından hörülən hasarın uçması nəticəsində onun altında qalıb.

Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR