Şirvanda iki ayda narkotikə görə 52 nəfər tutulub - VİDEO

saxlanılan şəxslər

© APA | saxlanılan şəxslər

# 04 avqust 2022 10:13 (UTC +04:00)

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən iyun-iyul ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq, dələduzluq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 77 nəfər saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xəbər verilib.

Bildirilib ki, həmin şəxslərdən 52-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 36-ı barəsində məhkəmə tərəfindən həbs, 16-ı haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən ümumilikdə 9 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9, vətəndaşlara qarşı dələduzluq edən, saxta pul dövriyyəsində şübhəli bilinən, hədə-qorxu ilə pul tələb etmə cinayətləri edən 3 və qanunsuz olaraq odlu silah saxlayan 4 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.

Bu müddət ərzində Nzirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə ötən illərdən bağlı qalmış 3 oğurluq hadisəsinin üstü də açılıb.

Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR