Şirvanda kran avtomobili yanıb

Şirvanda kran avtomobili yanıb
# 06 yanvar 2022 09:04 (UTC +04:00)

Şirvanda "КрАЗ" markalı kran avtomobilində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, avtomobilin kabinə hissəsi, 1 ədəd təkəri və mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hacıqabul rayonunun Atbulaq kəndində "BMC" markalı yük avtomobilinin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi və banında olan 20 ton taxıl yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR