Şirvanda mikroavtobus 44 yaşlı qadını vurub

Şirvanda mikroavtobus 44 yaşlı qadını vurub
# 11 yanvar 2023 19:57 (UTC +04:00)

Şirvanda mikroavtobus 44 yaşlı qadını vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

3 saylı marşrut üzrə işləyən mikroavtobus Şirvan sakini, 1979-cu il təvəllüdlü Seyidova Ruhiyyə Cəbrayıl qızını vurub. Sürücü xəsarət alan piyadanı Şirvan xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR