Şirvanda tikinti malları bazasında xəsarət alan fəhlə xəstəxanada ölüb

Şirvanda tikinti malları bazasında xəsarət alan fəhlə xəstəxanada ölüb
# 02 may 2022 14:24 (UTC +04:00)

Şirvanda tikinti malları bazasında xəsarət alan fəhlə xəstəxanada ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aprelin 26-sı şəhər ərazisində yerləşən tikinti materiallarının satışı mağazasında fəhlə işləyən Sabirabad rayonunun Qaragüney kənd sakini, 1984-cü il təvəllüdlü Vüqar Nurəhmədov iş prosesində kranın qarmağının onun baş nahiyəsinə dəyməsi nəticəsində ağır kəllə-beyin travması alıb.

Paytaxt xəstəxanalarından birinə yerləşdirilən 38 yaşlı rayon sakini aldığı xəsarətlərdən orada ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR