Şirvanda yataqxana yanıb, sakinlər təxliyə edilib

Şirvanda yataqxana yanıb, sakinlər təxliyə edilib
# 01 may 2022 09:04 (UTC +04:00)

Şirvan şəhərində yataqxanada yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR