Sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
# 26 aprel 2022 19:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Daewoo” markalı minik avtomobilinin yol kənarındakı dirəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR