Siyəzən, Abşeron və Kürdəmirdə piyadaların ölümü ilə nəticələnən qəzalar olub

Siyəzən, Abşeron və Kürdəmirdə piyadaların ölümü ilə nəticələnən qəzalar olub
# 24 noyabr 2022 09:15 (UTC +04:00)

Siyəzəndə yük avtomobili piyadanı vurub.

APA xəbər verir ki, Qiyasəddin Sultanov idarə etdiyi "Ford Transit" markalı yük avtomobili ilə 1966-cı il təvəllüdlü Nizami İsayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bundan başqa Abşeron rayon ərazisində Cəfər Məmmədov idarə etdiyi "Sentra" markalı avtobusla 1996-cı il təvəllüdlü Seyran Qəyyumovu vurub. Piyada zərbənin nəticəsindən qarşıdan gələn Faiq Bilalovun idarə etdiyi "Opel Zafira" markalı avtomobilə dəyib. Nəticədə Seyran Qəyyumov hadisə yerində ölüb.

Hacıqabulda da avtomobil iki piyadanı vurub. Belə ki, Nurlan Səmədli idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 1980-ci il təvəllüdlü Qeyis Fərhadov və 1985-ci il təvəllüdlü Pərviz Quliyevi vurub. Nəticədə Pərviz Quliyev ölüb, Qeyis Fərhadov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hər 3 faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR