Siyəzəndə iki maşın toqquşub, xəsarət alanlar var

Siyəzəndə iki maşın toqquşub, xəsarət alanlar var
# 18 iyun 2022 11:09 (UTC +04:00)

Siyəzən rayonunda yol qəzası baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, hadisə rayonun Zarat kəndi ərazisində qeydə alınıb.

"Ford" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İki nəfər ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə Bakıdakı tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR