Siyəzəndə mağazadan 3500 manat oğurlanıb

Siyəzəndə mağazadan 3500 manat oğurlanıb
# 22 oktyabr 2019 12:07 (UTC +04:00)

Siyəzəndə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR