Son 3 ildə yük maşınlarının iştirakı ilə qəzalarda 239 nəfər ölüb

Son 3 ildə yük maşınlarının iştirakı ilə qəzalarda 239 nəfər ölüb
# 02 iyun 2022 12:08 (UTC +04:00)

2019-2021-ci illər ərzində baş vermiş 5106 yol qəzasından 2201-i piyadaların vurulması ilə nəticələnib.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin polis mayoru İkram Məmmədov bildirib.

Məlumata görə, nəticədə də 957 nəfər həlak olub, 1345 nəfər isə xəsarət alıb: “Belə hadisələrin baş verməsinin başlıca səbəbi əksər piyadaların yolu müəyyən olunmayan yerlərdən keçmələridir. Habelə, son 3 ildə qeydə alınmış (5.106 ) yol - nəqliyyat hadisələrinin 11,8 % -i (605-i) sürücülük hüququ olmayan şəxslər tərəfindən törədilib. Nəticədə 245 nəfər həlak olub, 608 nəfər xəsarət alıb”.

İkram Məmmədov deyib ki, avtomobil yollarında, xüsusən avtomagistrallarda nəqliyyatın hərəkət intensivliyinə ciddi təsir göstərən, eləcə də ağır yol qəzalarının baş verməsinə real şərait yaradan hallardan biri də yük daşımaların daha çox avtomobil nəqliyyatı ilə həyata keçirilməsidir:

“Təkcə 3 il ərzində yük avtomobillərinin iştirakı ilə baş vermiş 419 yol qəzasında 239 nəfər həlak olub, 308 nəfər xəsarət alıb".

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR