Son 5 ildə 100-ə yaxın iranlı məhkum əfv olunub

Son 5 ildə 100-ə yaxın iranlı məhkum əfv olunub
# 19 yanvar 2022 17:49 (UTC +04:00)

Son 5 ildə 136 məhkum qarşı tərəfə verilib, bununla yanaşı dövlətimizin humanist aktları ilə həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub, qəbul edilmiş amnistiya aktları, o cümlədən Zəfər Günü münasibətilə elan olunmuş amnistiya və ya digər aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər.

APA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatında bildirilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR