Sosial şəbəkələrdə Baş Prokurorluğun adına saxta səhifələr açılıb

Sosial şəbəkələrdə Baş Prokurorluğun adına saxta səhifələr açılıb
# 26 yanvar 2022 15:23 (UTC +04:00)

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində “Facebook” sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından “fake” (saxta) hesabların açılması müəyyən edilib.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib. Qeyd olunub ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş facebook, instagram, youtube, telegram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyil: “Odur ki, vətəndaşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.

Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR