"Sovetski" sakinlərini qarşı dələduzluq edən qadınların şikayəti təmin edilməyib

"Sovetski" sakinlərini qarşı dələduzluq edən qadınların şikayəti təmin edilməyib
# 12 iyul 2019 10:52 (UTC +04:00)

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərlinin və Yeganə Məmmədovanın barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Rizavan Səfərovun sədrliyi ilə keçirilən proesdə qərar elan edilib. Təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Qeyd edək ki, İ.Cəfərli evləri plana düşən “Sovetski” sakinlərinə onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb almaq vədi verib. Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil. İ.Cəfərli vətəndaşlara özünü hüquqşünas kimi təqdim edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Cəfərli 7 il 7 ay, Y.Məmmədova isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR