Su quyusuna düşən azyaşlı xilas edilib - VİDEO

 Su quyusuna düşən azyaşlı xilas edilib - VİDEO
# 08 avqust 2022 23:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR