Subasma zamanı xilasetmə və təxliyə mövzusunda təlim keçirilib - FOTO

Subasma zamanı xilasetmə və təxliyə mövzusunda təlim keçirilib - FOTO
# 01 dekabr 2022 10:35 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Subasma zamanı təhlükəli vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi” mövzusunda gecə təlimi keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, təlim Regional Mərkəzin xilasedicilərinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı mümkün subasmalar zamanı çevik reaksiya vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilib.

Təlim zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi xilasetmə vasitələri ilə şərti subasma nəticəsində “təhlükəli vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək” təxliyəsini həyata keçiriblər.

Uğurla yerinə yetirilmiş təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR