Sumqayıt sakini bıçaqlanıb

Sumqayıt sakini bıçaqlanıb
# 12 noyabr 2019 15:05 (UTC +04:00)

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində iki nəfər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib. Belə ki, mübahisə zamanı şəhər sakini, 1962-ci təvvəllüdlü Həsənov Nazim Yelmar oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR