Sumqayıt sakini bıçaqlanıb

Sumqayıt sakini bıçaqlanıb
# 06 fevral 2023 11:44 (UTC +04:00)

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Sumqayıtda 2-ci mikrorayonda qeydə alınıb.

Belə ki, naməlum şəxs tərəfindən şəhər sakini 33 yaşlı Yaqubov Vüqar Rasim oğlunun qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

Yaralı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı 126.1 maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb. İstintaq işi aparılır.

Əli Əliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR