Sumqayıt sakini özünü yandırıb

Sumqayıt sakini özünü yandırıb
# 14 avqust 2019 13:31 (UTC +04:00)

Sumqayıtda 66 yaşlı kişi özünü yandırıb.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini, 1953-cü il təvəllüdlü Ağalarov Pənah Şirin oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Dərhal yaxınlıqdakı şəxslərin köməyi ilə alov söndürülüb. Hadisə nəticəsində P. Ağalarovun bədəninin bir hissəsi yanıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR