Sumqayıt sakinini aldadaraq hesabına 2 min manat ödətdirən şəxs tutulub

Sumqayıt sakinini aldadaraq hesabına 2 min manat ödətdirən şəxs tutulub
# 05 noyabr 2022 11:45 (UTC +04:00)

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2000 manat ödətdirməsi barədə müraciət daxil olub.

Bu barədə APA-ya DİN-dən məlumat verilib. Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR