Sumqayıtda 31 yaşlı kişi intihar edib

Sumqayıtda 31 yaşlı kişi intihar edib
# 12 may 2022 13:47 (UTC +04:00)

Sumqayıtda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin "Qurd dərəsi" adlanan yaşayış massivində qeydə alınıb.

Özünə kəsici alətlə xəsarət yetirən 1991-ci il təvəllüdlü Arif Mustafazadə nəticədə ölüb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR