Sumqayıtda 36 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb

Sumqayıtda 36 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb
# 18 avqust 2022 09:18 (UTC +04:00)

Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə Sumqayıt şəhər prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan APA-ya verilən xəbərə görə, aparılmış araşdırmalarla, zərərçəkmişin qohumu 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR