Sumqayıtda 38 yaşlı kişi intihar edib

Sumqayıtda 38 yaşlı kişi intihar edib
# 23 noyabr 2022 19:57 (UTC +04:00)

Sumqayıtda intihar hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü İsabalayev Samir Həzrət oğlu özünü yaşadığı evdən asıb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR