Sumqayıtda 52 yaşlı kişini maşın vuraraq öldürüb

Sumqayıtda 52 yaşlı kişini maşın vuraraq öldürüb
# 15 oktyabr 2019 00:30 (UTC +04:00)

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin “Stansiya Sumqayıt” yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 52 yaşlı Quliyev Ramazan Sabir oğlu naməlum avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən sürücü hadisə yerindən yayınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR